Yuxarı

Sərhədçi səhv əməliyyatın qurbanıdır? – Rəsmi cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert Üzeyir Cəfərov Dövlət Sərhəd Xidmətinin Astara rayonu ərazisində baş vermiş atışma hadisəsinə münasibət bildirib.

"Axar.az" məlumat verir ki, o, bu barədə "feysbuk" hesabında yazıb.

Ekspert qeyd edib ki, əgər məlumat doğrudursa, onda bu sadəcə general-leytenant Elçin Quliyevin istefası və Lənkəran Sərhəd Dəstəsinin komandirinin və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər: "Dünən gecə bu məlumatın təcili yayılması onu deməyə əsas verir ki, DSX-nin başbilənləri istəməyiblər ki, səhər bu hadisə haqqında dəqiq və dolğun məlumat yayılsın. İndi qoy açıqlasınlar ki, 1 hərbçiyə atəş açıb onu öldürənlər, ikisini isə yaralayan kimlər olub? Bizə verilən məlumat isə ondan ibarətdir ki, hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və öz hərbçilərimiz yoldaşlarına səhvən atəş açıblar. Gözləyək görək DSX nə məlumat verir?"

Dövlət Sərhəd Xidməti isə hələ də məsələ ilə bağlı geniş informasiya yaymayıb. İdarənin mətbuat katibliyindən "Axar.az"a verilən məlumatda hadisə ilə bağlı araşdırılma aparıldığını, yaxın zamanlarda bununla bağlı daha geniş informasiya veriləcəyi bildirilib.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib ki, nəticədə də bir nəfər hərbi qulluqçu həlak olmuş, iki nəfər isə yaralanmışdır. Hadisədə həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyev, yaranlananlar isə 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabovdur.

Tarix
2013.12.02 / 11:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla