Yuxarı

Məscidlərə qadın mollalar da təyin ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məscidlərə qadın mollalar da təyin ediləcək.

Axar.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar:

"Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir".

R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir:

"Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib".

İdarə nümayəndəsi onu da bildirib ki, erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz:

"Çox zaman erkən nikahı məhz mollalara bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz".

Onun sözlərinə görə, hələ 2001-ci ildə idarə fətva vermişdi ki, heç bir din xadimi rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Dini kəbin kəsilərkən rəsmi nikahın qeydiyyat nömrəsi qeyd edilməlidir.

Tarix
2018.09.14 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla