Yuxarı

Dövlət Fitosanitar Xidmətindən fermerlərə - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, cari ilin payız mövsümündə payızlıq taxıl və çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunmaqdadır.

Dövlət Fitosanitar Xidməti vəziyyətin ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və vətəndaşlara xəbərdarlıq edərək preventiv mübarizə tədbirlərindən istifadə olunmasını tövsiyə edir.

Preventiv mübarizə həm payızlıq taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə qarşı aparılan mexaniki mübarizə üsuludur. Sahələrin kənarındakı sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.

Əks təqdirdə, vaxtında və düzgün aparılmayan tədbirlər siçanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.

Tarix
2018.09.14 / 16:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla