Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Noyabr 2018


Nazir Salyanda: vətəndaşlarla görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri İnam Kərimovsentyabrın 14-də Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan, Sabirabad, Neftçala, Hacıqabul və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Axar.az Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbuldan öncə nazir İnam Kərimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciətinə baxıb. Qəbula gələn vətəndaşların müraciəti, əsasən, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 105 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib, 5 nəfər texnikasını texniki baxışdan keçirib, 5 nəfərin isə texnikası dövlət qeydiyyatına alınıb.

Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Tarix
2018.09.14 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakının məşhur bazarı sökülür: yerində... - Foto

"Azəriqaz"dan sayğaclarla bağlı vacib yenilik

Zəvvarlarımızın üzləşdikləri “Kərbəla müsibəti”: Qurbanlar...

Ukrayna mediasında Azərbaycanla bağlı məqalə - Foto

Rusiyanın bu aeroportlarına azərbaycanlıların adları verilir?

Bakının iki küçəsində təhlükəsiz hərəkət üçün işlərə başlanıldı - Video

Polis kartof oğrularını tutdu

Sabahın havası: güclü yağış, qar, sel... - Video

Qəbələyə qar yağdı - Video

Bələdiyyə sədri məktəb stadionunu satır? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla