Yuxarı

Valideyn məktəbin şüşələrini niyə sındırdı? - Məktəbin cavabı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:01

Sabunçu rayonundakı 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun valideynlərə əxlaqsız təkliflər etdiyi iddia olunub.

Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib.

O bildirib ki, valideynlər bir problemlə əlaqədar direktorun qəbuluna gediblər. O isə valideynlərə “gedin, paltarınızı dəyişin gəlin, bulvarda söhbət edək” deyib.

Buna etiraz olaraq, valideynlər ötən gün məktəbin önünə etiraz üçün toplaşıblar. A.Ələkbərov valideynlərin önünə çıxmayıb və məktəbin qapısı bağlanıb. Direktorun etikadankənar təklif səslədirərkən, o söhbətdə iştirak edən xanım valideynlərdən birinin həyat yoldaşı isə məktəbin qapısının şüşəsini qırıb və Azər Ələkbərovun valideynlərin önünə çıxmasını tələb edib.

Ötən gün başlayan etirazların hazırda da davam etdiyi bildirilir. Valideynlərə A.Ələkbərovun işdə olmadığı, bu gün işə çıxacağı bildirildiyi üçün, valideynlər hazırda məktəbdədir. İddiaya görə, valideynlərdən biri əsəblərinə hakim ola bilməyib və direktora xəsarət yetirib.

***

Axar.az-ın sorğusuna Sabunçu rayonu, Maştağa qəsəbəsi 22 saylı məktəbdən rəsmi cavab verilib. Yazılı cavabı təqdim edirik:

“22 nömrəli tam orta məktəbdə çəkilmiş videogörüntüdə 1-ci növbənin bitməsini gözləyən və öz övladlarını qarşılayan valideynlər əks olunub. Məktəbdə hər hansısa kütləvi etiraz halı baş verməyib.

Direktor Azər Ələkbərov tərəfindən valideynə etikadan kənar təklif edilməsi iddiası həqiqəti əks etdirmir. Bu, növbəti dəfə məktəbə qarşı qərəzli, şou-xarakterli münasibətin nümunəsidir. Həmin gün 1-ci növbəni yola salıb və 2-ci növbəni qəbul edən məktəb direktoru müraciət edən bütün valideynləri dinləyib. Heç bir narazılıq və hər hansı bir insident olmayıb. Sadəcə, sonradan məktəbin valideyni, müntəzəm olaraq öz qalmaqalları, münaqişələri və əsassız iddiaları ilə, qeyri-etik, qeyri-mədəni və hətta tərbiyə normalarına sığmayan davranışları ilə tanınan Əhmədova Tünzalə Kamandar qızı xuliqanlıq hərəkətləri edərkən məktəbin giriş şüşəsini sındırıb. Bu səbəbdən məktəb direktoru onu öz otağına dəvət edib və etirazının səbəbini soruşub. Valideyn direktordan II növbənin ləğvini tələb edib. Lakin məktəb rəhbəri mövcud olan sıxlıq səbəbindən II növbənin ləğvinin mümkünsüzlüyünü bildirəndə, həmin valideyn açıq hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək direktoru dəfələrlə təhqir edib, məktəb avadanlıqlarına ziyan vuraraq özünün xəstə olmasını əsas gətirib.

Məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına xəbər verilib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, bu, Azər Ələkbərovla bağlı ilk neqativ olay deyil. O, rəhbərlik etdiyi məktəbdə 9-cu sinif şagirdi Rauf Orucovu döyməsi və başqa olaylarla bir müddət əvvəl də gündəmə gəlmişdi.

Tarix
2018.09.19 / 18:04
Müəllif
Aqşin
Oxunub
13 306
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla