Yuxarı

İlyas İsmayılov oğlunun öldürülməsindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Modern.az-a ötən gecə Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İlyasovun atası İlyas İsmayılov söyləyib. O, xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib.

“Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, ürəyindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

Tarix
2018.09.20 / 10:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla