Yuxarı

Bakıda it sürüsü: qurumlar niyə tədbir görmür? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı küçələrinin ənənəvi problemlərindən biri də sahibsiz itlərin parklarda, yaşayış massivlərində, məktəb və bağçaların yaxınlığında özlərinə yer etməsidir. Sakinlərin, xüsusilə də uşaqların qorxu mənbəyinə çevrilən sahibsiz itlərin quduzlaşmasının qarşısının alınması, onların nəsil artımının dayandırılması üçün zamanla müəyyən qurumlar yaradılıb. Lakin əksər küçə, massiv və prospektlərdə bu itlərin daha da artması göstərir ki, sözügedən qurumlar çox zəif şəkildə fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, hazırda Xətai rayonu ərazisindəki bir çox məktəb və uşaq bağçasının yaxınlığında küçə itləri sürü şəklində məskunlaşıb. Sakinlər bildirib ki, bu günə qədər sürü ilə dolaşan itlərin kiməsə hücum etmə faktı qeydə alınmasa da, onların məktəbə yaxın yerdə olması təhlükəlidir. Dərs sonrası məktəblilərin küçəyə çıxması həmin itlərin anidən kiməsə hücum etməsi ilə də nəticələnə bilər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov saytımıza bildirib ki, problemin araşdırılması və aradan qaldırılması üçün onlara hər hansı şikayət daxil olmalıdır. Belə bir şikayət olmadığına görə də addım atmaları doğru deyil:

“Həmin itlərdə quduzluq olub-olmaması, onların vaksinlənməsi barədə məlumatımız yoxdur. Çünki bunu icra orqanı həyata keçirmir. Əgər vətəndaşlar küçə itləri ilə bağlı narahat olursa, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etməlidirlər. Biz də bununla əlaqədar Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə müraciət etməliyik ki, gəlib tədbir görsünlər.

Küçədəki sahibsiz itlərin öldürülməsi birmənalı olaraq doğru deyil, biz də buna qarşıyıq. Əgər vətəndaşın məktəb yaxınlığında yerləşən itlərlə bağlı şikayəti varsa, icra orqanına müraciət etsin. Bizim icra orqanı kimi itlərlə bağlı hər hansısa addım atmaq ixtiyarımız yoxdur. Bunu mütləq bizim müraciətimizlə xüsusi xidmət qurumu həyata keçirməlidir”.

Tarix
2018.09.20 / 17:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla