Yuxarı

Deputat bütün türkləri onlara köməyə səslədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmanları qurultayında çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili qurultayda türk dünyasına səslənərək birlik və bərabərliyin gücləndirilməsinin vacib olduğunu bildirib.

Deputat qeyd edib ki, bütün türk, müsəlman coğrafiyasında yaşayan, bu gün də acı və kədər içində olan qardaş və bacılarımıza dəstək olmalıyıq:

“Bütün türkləri Suriyada Bayırbucaqda, İraqda Təlafərdə, Kərkük, Krım, Axıska və Qarabağda əziyyət çəkən insanlarımıza əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Hər bir türk insanı imkanı daxilində Suriya və İraq türkmanlarına yardım göstərməlidir. Maddi yardımla bərabər, mənəvi, siyasi dəstəyimizlə də onların yanında olmalıyıq”.

Q.Paşayeva dünya türklərini Suriya və İraq türkmanlarının səsi olmağa və onlarla bağlı həqiqətlərin daha geniş yayılmasında fəal olmağa çağırıb.

Millət vəkili bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı, həmçinin diaspor təşkilatları bu məsələdə daha da fəal rol oynamalı, Suriya və İraq türkmanlarına dəstəyini artırmalıdır.

Deputat bundan sonra da bütün beynəlxalq platformalarda türkmanların səsini duyurmağa çalışacağını deyib.

Tədbirdə Suriya və İraq türkmanlarının hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi fəaliyyətinə və dəstəyinə görə Qənirə Paşayevaya təşəkkür plaketi təqdim edilib.

Tarix
2018.09.21 / 10:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla