Yuxarı

Ekspertlər dəhşətli qəzanın səbəbini açıqladı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil 90 km/saat və daha yüksək sürətlə piyadanı vuranda onun bədəni parçalana bilər. Amma avtomobilin içərisindəki adamın parçalanması üçün bundan xeyli yüksək sürət olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov dünən Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı danışarkən bildirib.

Ekspertin sözlərinə görə, şəhərin bu ərazisində baş verən bir qəzada faciəli şəkildə 4 nəfərin ölümü ağlasığmazdır:

“Belə faciələr əslində günümüzün qanunauyğunluğu da hesab edilə bilər. Yol hərəkəti qaydalarına, hərəkətin təhlükəsizliyinə son dərəcə biganə münasibət bəsləyənlər bu qədər çoxdursa, belə nəticələr gözləniləndir.

Avtomobil 90 km/saat və daha yüksək sürətlə piyadanı vuranda onun bədəni parçalana bilər. Amma avtomobilin içərisindəki adamın parçalanması üçün bundan xeyli yüksək sürət olmalıdır. Şəhərin belə bir ərazisində bu qədər yüksək sürətlə hara tələsirik görəsən?”

Nəqliyyat eksperti Elməddin Muradlı da qəza ilə bağlı bildirib ki, bu dəhşətə səbəb yüksək sürətdir:

“Maşın əvvəlcə bardürə, sonra isə işıq dirəyinə dəyərək parçalanıb. Kəmər taxmayan sürücü və sərnişinlər yerindəcə keçiniblər”.

Qeyd edək ki, dünən Nobel prospektində ölümlə nəticələnən faciəvi qəza baş verib. Qəzada iştirak edən "Hunday Sonata" markalı 99 MH 441 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Hadisə nəticəsində sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olublar.

Qəza o qədər ağır olub ki, avtomobil tanınmaz hala düşüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb və araşdırmalar aparılır.

Tarix
2018.09.21 / 12:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla