Yuxarı

Generalların məhkəməsinin vaxtı açıqlandı – MTN işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Elşad Əzizovun apellyasiya şikayətinin vaxtı açıqlanıb.

Axar.az xəbər verir ki, generalların və onların işçilərinin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

İlkin baxış iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov apellyasiya şikayəti veriblər.

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apelyasiya şikayəti versələr də, sonradan onlar şikayətlərini getri götürüblər.

Bundan başqa, nazirliyin Əməliyyat-texniki İdarəsinin sabiq işçisi, polkovnik Elşad Əzizov apellyasiya şikayəti verməkdən imtina edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov haqqında 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

Hökmə əsasən Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Qərara görə, hökm qanuni qüvvəyə minəndən sonra hər üç general Prezidentin sərəncamı ilə general rütbəsindən məhrum ediləcək.

Hökmdə Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiası da təmin edilib. Zərərçəkmişlərin mülki iddiası isə qismən təmin edilib, bəzi epizodlar üzrə iddialar təmin edilməmiş saxlanıb.

Daşkəsən icra hakimiyyətinin vəzifəli şəxsləri barədə epizod ittihamdan xaric edilib.

İş adamı Kamal Seyfullayevə qarşı 2 milyon manatlıq mülki iddia da ittihamdan xaric edilib.

Həmçinin generallar və digərlərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub, bəzilərinin üzərindən həbs götürülüb.

Tarix
2018.09.21 / 15:46
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla