Yuxarı

Ölüm saçan elektrik dirəyi – İcra dəyişməyə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu, Mirəli Seyidov küçəsi ərazisində yol kənarındakı elektrik dirəyi təhlükə saçır.

Uzun illərdir quraşdırılan beton dirək artıq istismar müddətini başa vurub. Yağışın, qarın təsirindən ovulub tökülən dirək iki armaturun hesabına dayanıb. Ən dəhşətlisi isə təhlükəli halda olan dirəyə elektrik xətlərinin bərkidilməsidir.

Yol kənarında yerləşən qəzalı dirəyin yaxınlığında yaşayış binası və böyük stadion yerləşir. Ani güclü külək və ya xoşagəlməz hadisə təsirindən dirək hər an aşa və bədbəxt hadisə baş verə bilər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev həmin elektrik dirəklərinin “Azərişığ”ın balansında olmadığını bildirib. T.Mustafayev deyib ki, bununla rayon icra orqanları məşğul olmalıdır.

Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən isə bildirilib ki, bu məsələ artıq icranın diqqətindədir. Rayon ərazisində olan bütün yararsız elektrik dirəkləri müəyyən edilib və yaxın günlərdə dəyişdiriləcək:

“Bir neçə ay öncə icra hakimiyyətinin əməkdaşları küçə-küçə, ünvan ünvan gəzərək bu cür elektrik dirəklərini müəyyən ediblər. Bir neçə başqa ünvanda da bu cür yararsız hala düşmüş elektrik dirəyi müəyyən edilib. İşlər davam etdirilir. Müəyyən edilən yararsız elektrik dirəklərinin dəyişdirilməsi üçün artıq Yasamal Rayon İşıq İdarəsinə də müraciət edilib. Paralel olaraq dirəklərin dəyişdirilməsi, yenisi ilə əvəzedilməsi işləri də görülür”.

Tarix
2018.09.25 / 11:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla