Yuxarı

İnternet təhlükəsizliyinə dair yeni proqram başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnterneti uşaqlarımız üçün təhlükəsiz edək - Azercell Telekom MMC-nin təşəbbüsü ilə icra olunan “Təhlükəsiz internet və vətəndaş təhlükəsizliyi” təlim proqramının əsas məqsədi bundan ibarətdir. 25 sentyabr 2018-ci il tarixində “Azercell”in dəstəyilə bu əhəmiyyətli proqramın təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən “Azercell” prezidenti Vahid Mürsəliyev təlim proqramı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacaq. Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Azercell öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən, məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təlimlərin sifarişçisi qismində çıxış edir.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi – “Azercell” tərəfindən icra olunan layihənin böyük əhəmiyyət daşıması, internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışıb.

Təqdimatda həmçinin “Müəllim İnkişafı Mərkəzi”nin nümayəndəsi İlkin Həsənov qeyd edib ki, təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki biliklər veriləcək. Həmçinin, qrup məşğələləri sayəsində zərərlərdən kənarlaşma mexanizmi və vərdişləri tədris olunacaq.

Mərasimdə “Müəllim İnkişafı Mərkəzi”nin direktoru Gream Pollakın müraciəti də səsləndirilb. Çıxışlardan sonra əvvəlki təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət video çarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən video sorğu nümayiş etdirilib. Təqdimat mərasimi mövzu ilə bağlı animasiya filminin nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, ötən il “Azercell” şirkəti Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlər keçirib. Bir neçə orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərdə şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunulub. Bundan əvvəl isə internetdə təhlükəsizliyin qorunmasına yönələn “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramı istifadəyə verilib. "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.09.25 / 11:53
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla