Yuxarı

Sabahın hava proqnozu: Bakıya yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən nəlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Tarix
2018.09.25 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla