Yuxarı

Hamilə qadını öldürən həkimlə bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamilə qadının ölümündə təqsirli bilinən Elmi-Tədqiqat mama-ginekologiya institutunda həkim anestezioloq-reanimatoloq işləmiş Cavanşir Aslanovun cinayət işinə baxılıb.

Axar.az xəbər verir ki, Cavanşir Aslanov müqavilə ilə “Astoriya” tibbi mərkəzində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyən zaman laqeydlik və etinasızlıq edib.

O, 19 mart 2015-ci il tarixdə, saat 21 radələrində “Astoriya” tibbi mərkəzinə doğuş həyata keçirmək üçün qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadını uşaq dünyaya gətirməsini həyata keçirib.

Nəticəsində qadında olan xəstəliyin təsiri daha da artıb. Saat 22.07-də qadın hamilə vəziyyəti ağırlaşaraq onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadların baş verib.

Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sistemi mənfəzində təxminən 2 litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub.

Nəticədə qadın martın 20-də, saat 11.45-də ölüb.

İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb.

İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Cavanşir Aslanov apellyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, cinayət törətməsində təqsirli bilinməsinə dair kifayət qədər mötəbər sübut yoxdur.

Bu baxımdan əməldə cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cavanşir Aslanovun apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Cavanşir Aslanov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Bu günlərdə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Cavanşir Aslanovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda Cavanşir Aslanovun kasasiya şikayətini təmin etməyib.

Tarix
2018.09.26 / 12:14
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla