Yuxarı

Çempionumuzdan Prezidentə müraciət: Cəza verilsin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirli bilinən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Nərgiz Fərəcovanın vəkili Gülşən Salmanova çıxış edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını qeyd edib və ona bəraət istəyib.

Məhkəmədə bildirilib ki, Fəridə Əzizova Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.

Ərizədə xahiş olunur ki, işə ədalətli baxılması təmin edilsin və dəymiş ziyan ödənilsin.

Prosesdə iştirak edən Fəridə Əzizovanın sözlərinə görə, oğurluq edilən mənzil ona prezident İlham Əliyev tərəfindən 2013-cü ildə hədiyyə edilmişdi: “Bu adamlar bunu bilə-bilə yenə də həmin evdən oğurluq ediblər. Mən xahiş edirəm ki, bu şəxslərə layiqli cəza verilsin”.

Növbəti proses oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, prokuror Nicat İsrafilovun 8 il 6 ay və Nərgiz Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror zamində olan Nərgiz Fərəcovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini, onun məhkəmə zalından həbs edilməsini təklif edib.

İttihama görə, təqsirləndirilən şəxslər Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 35000 manat və 18800 dollar olan seyf oğurlayıb.

Fəridə Əzizova Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Nicat İsrafilov daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Tarix
2018.09.26 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla