Yuxarı

Hələ belə boşanma səbəbi eşidilməyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişi arvadından həddindən artıq təmiz olduğu üçün boşanır.

"Axar.az"ın məlumatına görə, Türkiyədə bir kişi arvadının təmizliyə xüsusi həssaslığının olması üzündən bezdiyini deyib və boşanmaq üçün məhkəməyə müraciət edib.

O, 4 ildir birlikdə yaşadığı həyat yoldaşından 100 min lirə mənəvi, 400 min də maddi olmaqla, ümumilikdə 500 min lirə (təxminən 250 min manat) təzminat tələb edib.

Kişi məhkəməyə verdiyi ərizədə boşanma səbəblərini aşağıdakı kimi qeyd edib:

"Hamamda şampunların və əl sabunlarının islanması onun üçün problem olub. Evdə corabsız gəzmək qadağan idi. Evə tük və saçın düşməsi, hətta yataqda balış üzərində tükün olması da problemə çevrilirdi. Ev təmziləndikdən sonra isə tualetə girmək qadağan idi. Evdə mətbəxin çirklənməməsi üçün yemək də bişirmirdi. Bütün yeməkləri restoranlardan sifariş edirdi",– deyə, kişi ərizəsində yazıb.

Bütün bu səbəblərə görə evliliyə davam edə bilməyəcəyini söyləyən kişi, boşanmağın son çarə olduğunu bildirib.

Tarix
2013.12.02 / 15:46
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla