Yuxarı

Cavid Qurbanovun babasının heykəlini sökdülər - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun babası, Azərbaycanın məşhur aşıqlarından biri olan Dədə Şəmşirin Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki heykəli sökülüb.

Bu məlumatı yerli sakinlər "Axar.az"a bildiriblər. Cəmi bir neçə ay əvvəl ucaldılan və təmtəraqla açılışı keçirilən bir heykəlin sökülməsi xəbərini dəqiqləşdirmək üçün olay yerinə yollandıq.

Sakinlərlə söhbətdən məlum olub ki, bu heykəl təxminən 3 ay bundan qabaq sökülüb. Belə ki, Cavid Qurbanov küçənin girəcəyindəki zibilliyi abadlaşdırıb, çox da hündür olmayan barı ilə əhatələyib, gül kolları əkilib, yaşıllıq salınıb. Sakinlərin istirahət etməsi üçün skamyalar qoyulub. Postamentin üstündə aşığın tuncdan tökülmüş büstü və yanında da Şəmşir bulağı qurulub, həmçinin Aşıq Şəmşirin şeirlərindən parçalar yazılıbmış.

Sakinlər heykəlin sökülməsinin səbəbini bilmədiklərini də dedilər.

Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə yaratma cəhdlərimiz isə növbəti dəfə alınmadı.

Tarix
2013.12.02 / 16:35
Müəllif
Emin Nihil
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla