Yuxarı

Rauf Vəliyev 40 gəminin doğranmasına göstəriş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 40 gəmini istismara yarasız olduğu üçün doğrayacaq".

Bu haqda "Axar.az"a Xəzər Gəmiçiliyidən bildiriblər. Qeyd olunur ki, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin göstərişi ilə, aparılan yoxlamaların məntiqi nəticəsi olaraq artıq 40 gəminin yaxın günlərdə doğranıb satılacaq: "Bu gəmilər istismara yarasız olan 3.000 tonluq tankerlər, quru yük daşıyan gəmilər və bir neçə sərnişin gəmisidir".

Doğranacaq gəmilər "2-nci dib" deyilən arakəsmələri olmayan və beynəlxalq konvensiyaların tələblərinə uyğun gəlməyən gəmilərdir. Beynəlxalq konvensiyaların tələblərinə görə, gəmilər ilk 20.000 saat üzdükdən sonra əsaslı təmir olunmalı və yenidən istismara buraxılmalıdır. Ümumilikdə isə 60.000 saatdan çox üzən gəmilər istismar müddətini başa vurmuş hesab olunur. Doğranacaq 3.000 tonluq tankerlər isə artıq 35 ildir ki, alınıb və hazırda yararsız vəziyyətdədir.

Gəmilərin vaxtında doğranaraq metal kimi satılması idarəyə 20.000.000-na yaxın qazanc gətirəcək ki, bu pula da 2 ədəd 13.000 tonluq tanker almaq hədəflənib.

Xatırladaq ki, artıq istifadə müddəti bitmiş bu gəmilərin indiyə qədər doğranmamasının səbəbi kimi təmir adı altında yeyintilər göstərilir. Hazırda buxtada çürüməkdə və təmir adı altında çirkli pulların silinməsində yardımçı olduğu deyilən gəmilərin hamısı balansdan silinəcək və doğranacaq.

Tarix
2013.12.02 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla