Yuxarı

Qızını erməniyə verən diaspor sədri "qeyrət dərsi" keçdi - Audi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər adı daha çox qalmaqallarda hallanan Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov mətbuatın gündəmini yenidən zəbt edib.

Axar.az xəbər verir ki, məsələ ilə əlaqədar olaraq A24.az-ın redaksiyası ilə telefon bağlantısı yaradan A.Kərimov haqqında deyilən bəzi məlumatlara aydınlıq gətirib. Bununla yanaşı, o, yenə də bir sıra qalmaqallı fikirlər səsləndirib. Eyni zamanda, onun barəsində məlumatlar yayan media mənsublarını təhqir edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Moskvada Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat” ümumşəhər "Nar bayramı” ilə bağlı keçirilən tədbirdə Ermənistana məxsus eksponantların nümayiş olunması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, A.Kərimovun təşkilatçılığı ilə keçirilən "Nar bayramı”na həsr olunmuş tədbirdə Azərbaycana aid heç bir atributun nümayiş olunmaması azərbaycanlıların hiddətinə səbəb olub. Bundan sonra tədbirdə qarşıdurma yaranıb. İnsident zamanı Azərbaycan bayrağının qadağan olunduğu, amma Ermənistan bayrağının dalğalandırıldığı bildirilir. Eyni zamanda, tədbirdə iştirak edən azərbaycanlı jurnalistlər diaspor sədrinin yaxınlarının hücumuna məruz qalıb.

Xatırladaq ki, A.Kərimov bir neçə ay bundan əvvəl qızını erməni oğlana ərə verib. O, ermənilərlə qohum olduqdan sonra azərbaycanlıların qəzəbinə tuş gəlib. Diaspor sədrinin hazırda erməni qudası və kürəkəni ilə birlikdə yeni layihələr üzərində işlədiyi bildirilir.

Qaynarinfo A.Kərimovun telefon bağlantısını oxuculara təqdim edir:

Qeyd edək ki, A.Kərimovla bağlı ilk qalmaqallı məlumat diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili tərəfindən yayımlanıb.

Tarix
2018.10.10 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla