Yuxarı

DSX zabiti azyaşlı qızı ilə qəzaya düşdü: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində baş verib.

Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində Rusiya Federasiyasının Dağıstan vətəndaşı, 1986-cı il təvəllüdlü Maqomedov Maqomedqabib Omaroviç idarə etdiyi "Volvo" markalı 0156 TM 39 rus qeydiyyat nişanlı yük avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanan, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Astara Gömrük Buraxılış Məntəqəsində inspektor vəzifəsində işləyən Bakı şəhəri, Sabunçu rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Cavid Elman oğlunun idarə etdiyi VAZ-21124 markalı 10 UT 720 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü və onun qızı, 2014-cü il təvəllüdlü Qasımova Lalə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

L.Qasımova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2018.10.11 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla