Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Ovçuların diqqətinə: Bu heyvanları ovlamaq olar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlərin adlarını açıqlayıb.

Axar.az xəbər verir ki, ovlanması qadağan edilməyən heyvanlar çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaqdır.

Çöl donuzunun (qaban) ovlanma müddəti: 15 sentyabr-22 dekabr 2018-ci il.

Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatları.

Dovşanın ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il.

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatları.

Cüllütün ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il.

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələri.

Qazın ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il.

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının əraziləri və xüsusi müəyyən olunmuş ov sahələri.

Ördəyin ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının əraziləri və xüsusi müəyyən olunmuş ov sahələri.

Qaşqaldağın ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il.

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının əraziləri və xüsusi müəyyən olunmuş ov sahələri.

Nazirlik həmçinin Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri, Xəzər dənizinin adaları, yaşıl zonalar, şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr, xüsusi mühafizə olunan ərazilər və sanitar-mühafizə zonalarında ov etmək qanunla qadağan olduğunu xatırladıb.

Tarix
2018.10.11 / 10:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Marsda ilk selfi çəkildi - Foto

Heydər Əliyevin anım günü ilə bağlı xeyriyyə aksiyası - Foto

Bərdədə 15 yaşlı qız qaçırıldı

Sabunçuda reyd: sürücülər cərimələndi

Ölkələrin döyüş təyyarələri: Bakı və İrəvan neçəncidir?

1509 şəhid varisinə 11 min manat veriləcək - Qərar

Düşmən cəbhədə təxribat törətdi

Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri açıqlandı

Berlində azərbaycanlılar iclas keçirdi - Foto

Bakıda metroda dava

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla