Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Növbəti avtobus-qatar qəzasının baş verə biləcəyi yer - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binə kəndində avtobusun qatarla toqquşması faciəsindən günlər keçsə də, hələ də belə hadisələrin baş verə biləcəyi yerlər, avtobusla qatarın toqquşması üçün potensial ərazilər var.

Axar.az xəbər verir ki, belə yerlər kifayət qədər olduğu üçün təhlükə də qaçılmazdır. Xüsusilə yaşayış yerlərinə yaxın, avomobil yolu ilə kəsişməsi olan qatar yolları daha çox təhlükəli hesab edilir. Səbəb isə bəsitdir – hər an insan ölümü ilə nəticələnən qəza baş verə bilər.

Belə yollardan biri də Bakıxanov qəsəbəsi Atəşgah dairəisindən keçən dəmiryol xəttidir. Dəmiryol kəsişməsinin yaxınlığında hətta hündürmərtəbəli bina, həyət evləri də var.

Dairənin hər iki istiqamətində şlaqbaumlar qoyulsa da, yolun eni ilə qoyulan şlaqbaumların uzunluğu tərsmütənasibdir. Məsələn, 10 metrlik eni olan yolda qatar gələn zaman avtomobillərin qarşısını almaq üçün salınan şlauqbaum təxminən 4-5 metrlikdir. Belə olduğu halda qatar yaxınlaşana qədər faktiki açıq olan yerdən avtomobillər, hətta avtobuslar da keçir.

Bunu hətta stansiya bələdçiləri də etiraf edirlər. Bələdçi bildirib ki, qatarın yaxınlaşdığına dair siqnal verildikdən sonra şlauqbaum salınsa da, buna əhəmiyyət verməyib yolun açıq qalan hissəsindən piyadalar, avtomobillər, avtobuslar rahatlıqla keçir.

Həmçinin sözügedən yol olduqca işləkdir və gün ərzində intensiv hərəkət müşahidə edilir. Bir qolu Heydər Əliyev prospektinə gedən yolun bağlanması nəticəsində həmin yolda dəfələrlə tıxac belə meydana gəlib. Bu da dəmiryolu xəttinin üstündə avtomobillərin qalmasına səbəb olur. Lakin dəfələrlə yaşanan belə hallarda yolu heç kəs tənzimləmir, avtomobillərin saatlarla dəmiryolu xəttinin üstündə qalmaması üçün tədbir görən olmur.

Sözügedən dəmiryolu xəttinin yaxınlığında müvafiq işıqfor da var. Lakin həmin işıqfor qatarın gəlib-getmə vaxtlarına əsasən yanıb-sönməlidir. Ancaq işıqforun gün ərzində fasiləsiz olaraq ancaq qırmızı işığı yanır.

Ərazidə indiyə qədər heç bir bədbəxt hadisə yaşanmamasına baxmayaraq, həmin istiqamətdə dəmiryolu olmasına dair yol nişanı yoxdur. Nişanlar ancaq dəmiryol xətlərinin qarşısındadır.

Lakin hüquqşünas Ərşad Hüseynov bildirib ki, dəmiryolu xəttinə yaxın xüsusi yol nişanı və stop-xətt olmalıdır. Hüquqşünasın sözlərinə görə, bu iki tənzimləmə vasitəsi çox vacibdir. Hətta ən intizamsız sürücü də onları görəndə daha diqqətli olur.

Ə.Hüseynov dəmiryol xəttinin işıqforunun işləmə qaydasından da danışıb:

“Dəmiryol keçidlərindəki işıqforlar qatar olmaya-olmaya qırmızı işığı yanıb-sönür. Bu mənzərə ölkəmizin ərazisindəki bütün dəmiryol keçidlərindədir. Amma bu işıqforun qanunda yazılan iş rejimi var. Həmin qurğu bu rejimdə işləməlidir.

Rejim də belədir: qırmızı işiq yanırsa və ya yanıb sönürsə, keçiddə avtomobil və piyada hərəkəti qadağandır, “qatar gəlir” deməkdir. Qatar yoxdursa, ya işıqfor sönməlidir, ya da işıqforda ağ işıq yanmalıdır”.

Lakin sözügedən ərazidə yerləşən dəmiryol keçidindəki işıqforun mütəmadi olaraq qırmızı işığı yanıb-sönür ki, bu da növbəti bədbəxt hadisənin baş vermə ehtimalını artırır.

Tarix
2018.10.11 / 15:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

“İrşad”ın gənc rəhbərinin ölüm səbəbi açıqlandı

Sərxoş sürücü qəza törətdi, öldü

Allahşükür Paşazadə Avstriyaya getdi

DTX-dən əməliyyat: Əcnəbi casus həbs edildi - Foto

Polis axtarışda olan 22 nəfəri saxladı

Fıstıq ağaclarını kəsib yeşik sexinə apardı

Bakının bu ərazisində su olmayacaq

Düşmən mövqelərimizi atəşə tutdu

Bayıl sürüşməsi: hasarlara doğru uçqunlar davam edir

Restoranların iyrənc üzü: Başqalarının artığını...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla