Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2018


Nazirlik işsizlərə mal-qara payladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, ilk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə, 231 şəxsin, əsasən, heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.

Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkədə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunsa da, bu il bundan dəfələrlə çox olmaqla özünüməşğulluq proqramına 7 minədək işsiz və işaxtaran vətəndaşın cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik ediləcək.

Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Proqram iştirakçıları onlara verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə edəcəklərini, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək, öz zəhmətləri ilə ailə gəlirlərini artırmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.

Tarix
2018.10.11 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu il əhali ərzağa nə qədər pul xərcləyib?

Bilik Fondu anım tədbirləri təşkil etdi - Foto

Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?

Abort edən ananı hansı cəza gözləyir? - Vəkil

Heydər Əliyevin xatirəsi Belçikada anıldı - Foto

Şəkidə 25 sürücü cərimələndi - Video

Heydər Əliyev böyük siyasi xadim idi - Solovyov

Bayraq və gerbi təhqir edənləri bu cəzalar gözləyir

Əfsanəvi rejissor dahi liderlə tanışlığından danışdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla