Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


Bakıda miqrantların sağlamlığının qorunması müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-də Bakı şəhərində, "Hyatt Regency" otelinin İclas və Konfrans Mərkəzində "Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali qrupları arasında İİV/QİÇS və vərəmə yoluxma hallarının aşkar edilməsi, müalicəsi və qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsi" layihəsi çərçivəsində konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbərləri Serhan Aktoprak və Sanya Çelebiç-Lukovaç, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və digər müvafiq dövlət qurumlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbirin açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak layihənin miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunmasındakı rolundan danışıb, konfransda müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində mühüm yeniliklərin tətbiq olunduğunu, bunun da şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə, gömrük-biznes münasibətlərinin inkişafına təkan verdiyini vurğulayıb. Baş İdarənin rəisi gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, əhalinin sağlamlığının da keşiyində durduğunu bildirib və bu mənada insanların sağlamlığının qorunmasının sərhəddən başladığını söyləyib.

Qeyd olunub ki, ölkənin bütün hava limanlarında və gömrük-sərhəd keçid məntəqələrində insanların bədən hərarətini müəyyən edən avadanlıqlar quraşdırılıb və şübhəli hallar müəyyən edildikdə dərhal müvafiq tədbirlər görülür. "Bir pəncərə" prinsipinin tətbiqindən sonra sanitariya nəzarətinin artıq gömrük orqanlarına həvalə olunduğu, yüksək ixtisaslı kadrların işə cəlb edildiyi bildirilib. Səməd Qaralov BMqT ilə birlikdə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlığın daha da gücləndiriləcəyini, bunun da insanların sərhədkeçmə prosesini sürətləndirəcəyini diqqətə çatdırıb.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nizami Quliyev və Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstan nümayəndəliyinin rəhbəri Sanya Çelebiç-Lukovaç mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb, layihə çərçivəsində görülən işlərdən danışıb, əməkdaşlığın gücləndirilməsinin ümumi işə faydasından bəhs ediblər.

Sonra konfransın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı çıxışlar dinlənilib.

Qeyd edək ki, "Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali qrupları arasında İİV/QİÇS və vərəmə yoluxma hallarının aşkar edilməsi, müalicəsi və qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsi" layihəsi BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Tarix
2018.10.12 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Muxtar Babayev latviyalılarla görüşdü

Gömrükçülər Müstəqillik Gününü qeyd etdi – Foto

Sürüşmə zonasında yeni çatlar əmələ gəldi - Nazirlik

Ağdam İH-da kadr dəyişikliyi...

Nazirdən direktorlarla bağlı əmr...

Deputatlarımız Gürcüstandakı seçkiləri müşahidə edəcək

Azərbaycan ordusunda silsilə tədbirlər - Müstəqillik günü

Bu stansiyada təmir işləri ilin sonuna yekunlaşır

Nazirdən şəhid ailələri ilə bağlı açıqlama: 50 faizlik ödəniş...

İlham Əliyev 3 fərman, 5 sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla