Yuxarı

Zaqatalada qəza: maşın İH-nin hasarına çırpıldı - 3 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Report-un məlumatına görə, bu gün səhər saatlarında rayonun Car kənd sakini 1953-cü il təvəllüdlü Abdulla Nəcməddin oğlu Ömərov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə rayonun Car kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını düzgün seçmədiyindən avtomobili Zaqatala Rayon İcra Hakimiyyəti aparatının inzibati binasının giriş qapısının kənarındakı daş hasara çırpıb.

Qəzadan sonra sürücüsü A.Ömərov və avtomobildə sərnişinləri - Car kənd sakinləri 1968-ci il Leyla Əhməd qızı Əliyeva və 2010-cu il təvəllüdlü Məhəmməd Xəlil oğlu Ömərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirlib ki, yaralılardan 8 yaşlı M.Ömərov qapalı kəllə-beyn travması xəsarəti ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirlib. Digər yaralıların müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.10.12 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla