Yuxarı

Metropoliten ikinci şərq-qərb xətti açarsa… - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ictimai nəqliyyat problemi uzun illərdir həllini tapmayan məsələdir. Son illər bura tıxac və davamlı sıxlığı da əlavə etdikdə, lap dözülməz olur. Ancaq bu problemi təkcə avtobus marşrut sistemi ilə əlaqələndirmək düzgün olmazdı. Yeraltı nəqliyyat vasitəsi olan metro stansiyalarının sayının kifayət qədər olmaması da bu problemə səbəbdir.

Axar.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov ictimai nəqliyyatda sərnişin sıxlığının baş verməsinə səbəblərdən biri kimi sərnişin daşınmasında Metropolitenin payının cəmi 20 faiz civarında olmasını göstərib.

Ə.Hüseynov bildirib ki, şəhərdə yeni metro stansiyalarına və xətlərə ehtiyac var:

“27 illik müstəqilliyimiz dövründə cəmi 7 yeni stansiya istifadəyə verilib. Həmin 7 stansiyadan da ikisi (C.Cabbarlı və Əcəmi-2 satansiyaları) keçid satansilarıdır, yəni şəhərin yeni ərazisini əhatə etmir. Elə bu səbəbdəndir ki, Bakıda sərnişin daşınmasında Metropolitenin payı 20% civarındadır.

Bakı şəhərində ictimai nəqliyyatın hazırkı durumunun qaneedici olmadığı, avtomobilləşmə səviyyəsinin cəmi 25% ətrafında olmasına baxmayaraq, mütəmadi tıxacların müşahidə edildiyi hazırkı şəraitdə əsas hədəflərdən biri Metropolitenin ikişafı olmalıdır”.

Hüquqşünas bildirib ki, bu istiqamətdə çoxlu vəsait ayırmaq və həmin vəsaitlərdən səmərəli istifadə etməklə metro şəbəkəsini sürətlə genişləndirmək, Sumqayıt, Xırdalan və Bakı aqlomerasiyasının digər iri məntəqələrini metro ilə əhatə etmək lazımdır:

“Paytaxtda əsas sərnişin axını şərq-qərb istiqamətində və əksinə baş verir. Bu istiqamətdə isə Metropolitenin bircə xətti var, yəni bütün qatarlar “28 May” satansiyasından sonra şərqə doğru və əksinə bircə xətdən istifadə edir. Bu isə ən ideal intervalda da sərnişin axınını götürə bilməz.

Ona görə də ən yaxın zamanda 2-ci şərq-qərb (Xətaidən Günəşliyə doğru) xətti də açılmalı, dairəvi sistem təmin olunmalı, qalan istiqamətlərdə şaxələnmələr davam etməlidir”.

Tarix
2018.10.12 / 16:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla