Yuxarı

Nazirlik də işə qarışdı: Bayılda tədqiqat başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:54

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı şəhərinin Səbail rayonunda, Badamdar- 20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı ərazidə tədqiqatlara başlayıblar.

Qurumdan Axar.az-a verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıbvə həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

***

Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu barədə Axar.az-a açıqlamasında ETSN-in əməkdaşlarının hadisə yerində olduqlarını və ərazini daim nəzarətdə saxladıqlarını bildirib. İ.İbrahimova vurğulayıb ki, sürüşmə zonasında yaranan vəziyyətlə əlaqədar nazirlik tərəfindən hər səkkiz saatdan bir məlumat veriləcək, əhali və təşkilatlara xəbərdarlıq ediləcək.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Sürüşmənin dinamikasında aktivlik davam etdiyindən hər saatdan bir ərazidə müşahidələr aparılır.

Tarix
2018.10.12 / 23:57
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla