Yuxarı

Türkeşin mühafizəçisinin Qarabağ savaşından - Fotosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ savaşında iştirak etmiş məşhur türk komandos Yusif Ziya Arpacığın yeni fotosu yayımlanıb.

Axar.az xəbər verir ki, yeni foto Feysbukda yaradılmış "Karabakh War Pictures" səhifəsində yerləşdirilib.

Yayımlanan fotonun Tovuzun Əlibəyli kəndi istiqamətində çəkildiyi güman edilir.

Qeyd edək ki, Yusif Ziya Arpacıq 1992-ci ildə Azərbaycana könüllü gələrək burada döyüşlərdə iştirak edib. Onun bura göndərilməsində Türk Dünyasının məşhur ismi, MHP-nin qurucusu Alparslan Türkeşin böyük rol oynadığı deyilir. Belə ki, 500 nəfərdən ibarət təqaüddə olan türk hərbçilərinin birləşdiyi "Rüzgar Birliyi" batalyonunu Arpacığın rəhbərliyi altında Qarabağda savaşa göndərib.

Arpacıq Qarabağdan sonrakı dövrlərdə dünyanın bir çox yerlərində türk düşmənlərinə qarşı savaşıb. Onun 2003-cü ildə Kərkük türklərinin ABŞ ordusu və kürdlərə qarşı müqavimətini təşkil etdiyi, həmçinin onlara rəhbərlik etdiyi deyilir. Sonrakı dövlərdə bu türk komandosunun adı Ergenekon cinayətində hallandı. Onun məşhur general Vəli Kiçik Paşanın birbaşa nəzarətində olduğu söylənilir.

Yusif Ziya Arpacıq bir müddət Alparslan Türkeşin şəxsi mühafizəçisi kimi çalışıb.

Tarix
2014.10.09 / 14:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla