Yuxarı

Müəllimlərin nəzərinə: növbəti tur başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən Axar.az-a bildiriblər ki, dördüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə qeyd edilən prosesdə iştirak edə bilərlər.

Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.

Tarix
2018.10.13 / 02:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla