Yuxarı

Bakıda avtobus zolağı parkinqə çevrildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Babək prospektində aparılan yenidənqurma işlərindən sonra artıq yolun bir hissəsində hərəkət bərpa edilib və elə bu hissədə yeni avtobus zolağı salınıb. Amma avtobus zolağı təyinatına uyğun istifadə olunmur. Ərazidə avtomobillər park edilir.

Xəzər xəbər bildirir ki, sürücülər bu zolağın da Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində çəkilən avtobus zolaqları kimi səmərəsiz olacağını düşünürlər.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilir ki, yaxın günlərdə qurum tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərin cərimələnməsinə başlanılacaq və bu zaman bu zolaqlarda da qaydalara əməl edilməsinə ciddi nəzarət olunacaq. Bundan başqa, bu zolaqla hərəkət edən minik avtomobillərinin cərimələnməsində məsul olan digər qurumlar da zolağın tələbini pozan sürücülərə qarşı ciddi inzibati tədbirlər görməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun.

Qeyd edək ki, bu zolaqla minik avtomobillərinin hərəkəti qadağandır və buna görə yol polisi sürücüləri 40 manat cərimə edə bilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hazırda bir tərəf üçün uzunluğu 9 kilometr olan Babək prospektinin 5 km-nə yeni asflat qatı çəkilib və işlər davam etdirilir. Növbəti ayın sonuna kimi yolun tam təhvil verilməsi planlaşdırılır. Üstəlik, yeni yolun hər iki tərəfi 4 zolaqlı olacaq.

Tarix
2018.10.14 / 00:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla