Yuxarı

Avtomobil hədiyyə edilən din xadimləri danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Xəzər SD" (Khazar SD) markalı avtomobillərin açarları təqdim olunub.

Axar.az xəbər verir ki, Sabirabaddakı Heydər məscidi dini icmasının imamı hacı Məhəmməd Əliyev Modern.az-a açıqlamasında dini icma rəhbərlərinə avtomobil verilməsinə sevindiyini deyib.

“Çox sağ olsunlar ki, belə bir işi həyata keçirdilər. Din xadimi olaraq buna müsbət baxıram. Lap əvvəllər avtomobilim olub. Amma neçə illər idi ki, yox idi. Hər halda, avtomobil minik vasitəsidir. Hara gediriksə, lazım olur”.

Balakəndəki Mərkəzi Cümə məscidinin qazisi Elşən Poladov da prezidentin bu addımını alqışladığını bildirib.

“Bu günə kimi avtomobilim olub. Amma hazırda avtomobilsizəm. Bu avtomobil icma üçün nəzərdə tutulub. Bizə kağız verilib. Həmin kağızla avtomobili idarə edə bilirik. Əslində bu avtomobil icmanın işlərini həyata keçirmək üçün hədiyyə edilib. Biz buna görə bir daha həm prezidentimizə, həm də Dini Qurumlar üzrə Dövlət Komitəsinə təşəkkür edirik. Yaxşı təşəbbüsdür”.

Qeyd edək ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tarix
2018.10.14 / 11:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla