Yuxarı

Nazirlikdən açıqlama: Ara-sıra uçqunlar baş verir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 12:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Axar.az-a verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam edir.

Saat 12:00-a olan məlumata görə, sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 15:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00-a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.

***

Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata əsasən gərginlik davam edir.

Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.

Qeyd edək ki, Badamdar - 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargah Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin nəticələrini açıqlayıb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinqin saat 21:00-a olan nəticələrinə əsasən sürüşmə ərazisində gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Lakin ara-sıra uçqunlar müşahidə edilir.

Tarix
2018.10.14 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla