Yuxarı

Xarici pasportu uşaq da ala bilər – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASAN Xidmət ümumvətəndaş pasportunun əldə edilməsi ilə bağlı maraqlı foto-reklam hazırlayıb.

Axar.az xəbər verir ki, ümumvətəndaş pasportunun əldə edilməsində yaş məhdudiyyətinin olmamasını təbliğ edən reklamda indi hər kəs üçün ayrıca xarici pasport almağın mümkünlüyündən danışılır.

Körpələrdən tutmuş ahıl yaşlı şəxslərə qədər hər kəsə fərdi xarici pasportun verilməsində heç bir problem olmadığını göstərən foto-reklamda balaca bir uşaq əlində özünə aid ümumvətəndaş pasportu tutub.

Balaca bununla valideynlərinə artıq onlar tətilə gedərkən nənəsi ilə qalmayacağını bildirir.

Üstəlik nənə də özünə məxsus ümumvətəndaş pasportunu göstərərək “nəvəm hara, mən də ora” deyir.

Xatırladaq ki, əvvəllər körpə uşaqlar valideynləri ilə xarici ölkəyə səfər zamanı onlar haqqında ümumi məlumat ananın ümumvətəndaş pasportuna əlavə edilirdi. Ancaq 2013-cü ildən etibarən 18 yaşınadək vətəndaşlara da digər ölkələrə getmək üçün ayrıca ümumvətəndaş pasportu verilir.

Tarix
2018.10.16 / 13:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla