Yuxarı

Protez ayağını balış kimi başının altına qoyurdu – Etimad Əsədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:26

Bu gün səhər saatlarında "Qarabağ qaziləri" İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Axar.az qazimiz Etimad Əsədovun dostları və yaxınlarının onunla bağlı paylaşdığı xatirələri təqdim edir.

Aynur Camal:

"Bir işıqlı insan öldü. Bir işıq azaldı. Bir igid oğlan öldü. Bir igid azaldı. Məkanın cənnət olsun".

Rauf Arifoğlu:

"Etimadın şəhid ayağı... Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu. Yerinə protez taxırdı. Onu da bəzən balış, bəzən də silah kimi istifadə edərdi.

"Ayağını" çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram".

Əziz Əlibəyli:

"Rusiyadakı karyeranı atıb gələsən, Qarabağda hər şeyini qurban verəsən və Qarabağsız dünyadan köçəsən. Qazimiz Etimad Əsədov da bizdən getdi. Heyf səndən..."

Həbibə Abdulla:

"Cənnəti bu dünyada qazanan Vətən oğullarından idi!

Ağlıma belə gəlməzdi ki, Etimad Əsədov belə vaxtsız ölər. Vaxtsız ölən qazilərimiz özlərindən əvvəl şəhid olan bədən hissələrinin yanına tələsirlər yəqin.

Rey Kərimoğlu ilə 1 aprel zarafatı projemiz vardı, ölkənin tanınmışlarını aldatmışdım ki, Rey döyülüb, "Nizami" mətbuat klubunda mətbuat konfransı keçiriləcək, ora gəlin. Gələn də olmuşdu, xəbərçilərin sayəsində bunun bir zarafat olduğunu bilən də. Reyin təklifi ilə Etimad Əsədova əvvəlcədən xəbərdarlıq etmişdik ki, belə xəbər eşitsən, narahat olma, zarafatdır. Sonralar məni görəndə and içirdi ki, xəbəri eşitsəydim dəli-dövran olardım".

Şəbnəm Qarslı:

"O qədər gözəl insan idi ki. Böyüklüyünün fərqində olmazdı. İqbal bəy onlara Ümid Partiyasının qərargahında yer ayırmışdı. Mən Etimad bəylə o qərargah binasında qarşılaşardım tez-tez. Pilləkənlərdə üz-üzə gələrkən yol verərdik, heç vaxt keçməzdi. Sağlam ayağı tərəfə ağırlığını dayayar, "keç, qızım", deyib yol verərdi. Protez ayağını görməzdən gələr, qəlbi qırılmasın deyə keçərdik. Mədəniyyətin, tərbiyənin və mərdliyin örnəyi insanlardan idi".

Arzu Abdulla:

"Təkcə özünü deyil, bütün şəhid ailələrini, bütün Qarabağ qazilərinin güzəranını düşünürdü Etimad. Hər dəfə də deyirdi ki, heç nə istəmirəm, müharibə başlasın, gedim müharibəyə".

Dünya Sakit:

"Döyüş vaxtı minaya düşüb ayağını itirən qardaşım xəstəxanada əməliyyata hazırlaşanda 2 torba dava-dərman, bint-filan alıb hospitala gəlmişdi. Xarakterinə xas əsəbiliklə həkimə baxıb, "ay qardaş, nolar ki, bir əlildən də pul almasanız, dünyamı dağılar" deyib qardaşımın əməliyyatının pulsuz edilməsinə səbəb olmuşdu".

Tarix
2018.10.16 / 15:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla