Yuxarı

Leyla Yunus özünü yandırdı: Ona zəng edən məhbuslar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leyla Yunus Çexiyanın paytaxtı Praqada rus mətbuatına verdiyi müsahibə ilə bir daha özünü ifşa edib. Açığı, şimallı həmkarlarımıza təşəkkür etmək lazımdır ki, bu nadan, yarımçıq, xain adamlara özlərini rüsvay etmək üçün münbit şərait yaradır.

Forum çərçivəsində “Nastoyaşeye vremya”ya müsahibəsində Azərbaycanda siyasi məhbusların mövcudluğunu sübut etməyə girişən Ms.Leyla deyir ki, Bakı həbsxanalarındakı siyasi məhbuslar tez-tez onun holland nömrəsinə zəng edib, situasiyanı danışırlar. (Sitat olduğu kimi belədir: Мы собираем список политзаключенных, всю информацию: мне сейчас часто звонят прямо из бакинских колоний на мой голландский номер, чтобы рассказать о ситуации).

Fikir verin: siyasi məhbus və cəzaçəkmə müəssisəsindən Hollandiyaya zəng.

Leyla Yunusun bu sözünü 2 variantda anlamaq olar: 1. Hollandiyaya belə zəng edən məhbuslarımız varmış.

Əgər Hollandiyaya zəng edəcək səviyyədə cəzaçəkmə müəssisələrimizdə şərait varsa, ta buranın harası türmə oldu? Dünyanın harasında məhbusa bu qədər şərait yaradırlar? Və bu cür həbsxanada yatanlar nədən şikayətçi ola bilər? Hansı situasiyadan gileylənə bilər?

Yox, əgər o siyasi məhbusdursa və nəzarət altındadırsa, Azərbaycan hakimiyyətinin və xalqının “xüsusi məhəbbətlə sevdiyi” Leyla Yunusa zəng edirlər və xüsusi xidmət orqanlarının bundan xəbəri yoxdur? Ya bəlkə türmə rəisləri şəxsi mobil telefonunu onlara verir; ya da yox, xüsusi-xidmət orqanları Leyla Yunusun nömrəsini tapır, onu yığır, sonra da dəstəyi siyasi məhbusa uzadır?

2. Hollandiyaya zəng edə biləcək məhbus yoxdursa və Leyla Yunus yalan deyirsə...

Məsələ də burasındadır!

“Siyasi məhbus” alveri ilə özünə xaricdə villalar alan, milyonlar sahibi olan bir təfəkkürdən bundan artıq nəsə gözləmək, əlbəttə, mümkün deyil. Maraqlıdır, görəsən, başqası deyil, Leyla Yunus özü nə danışdığını material dərc edildikdən sonra oxuyurmu?

Oxuyursa, fərqinə varırmı ki...

Yəqin ki, leylayunuslar üçün “fərqinə varmaq" anlayışı yoxdur.

Tarix
2018.10.16 / 16:35
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla