Yuxarı

ÜGT rəhbərləri Bakıya toplaşdı - İclas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa regionu üzrə tədris mərkəzləri rəhbərlərinin 9-cu iclası başlayıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, ÜGT-nin əməkdaşları, Rusiya, Qazaxıstan, Qırğızıstan və Macarıstanda yerləşən regional tədris mərkəzlərinin nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev mərasimdə çıxış edərək bildirib ki, dünyada gedən qloballaşma prosesləri ilə paralel olaraq ticarət dövriyyəsinin artması gömrük işinin təşkili sahəsində də yeni çağırışları, yeni yanaşmaları ortaya qoyur. Gömrük orqanları həm ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməli, həm də ölkənin iqtisadi təhlükəsizliyini, insanların sağlamlığını, əqli mülkiyyət hüquqlarını qorumalı, hüquqpozmalara qarşı mübarizə aparmalıdır. İqbal Babayev gömrük xidmətlərinin potensialın gücləndirilməsi alətlərinin tətbiqi hesabına bu istiqamətdə qarşılaşdıqları problemləri aradan qaldırmasının mümkünlüyünü və tədbirin bu işə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Komitə sədrinin müavini potensialın gücləndirilməsi və gömrük sistemində elmi nailiyyətlərin tətbiqi istiqamətində Azərbaycan Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlərdən də bəhs edib. Bildirilib ki, ölkədə 2014-cü ildə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda ilk qlobal konfrans, 2015-ci ildə 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən 3 Nobel mükafatçısının iştirak etdiyi ÜGT-nin 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı") konfransı, 2016-cı ildə "Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" və 2017-ci ildə isə "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda beynəlxalq tələbə konfransları və digər mühüm tədbirlər keçirilib.

İqbal Babayev daha sonra Dövlət Gömrük Komitəsi Akademiyasının tədris prosesində elmi nailiyyətlərindən, elm mərkəzləri və institutlarla yaradılan əməkdaşlıq əlaqələrindən bəhs edib. O da bildirilib ki, hazırda Azərbaycanın gömrük-sərhəd keçid məntəqələrində ən müasir gömrük nəzarət vasitələri və avadanlıqları tətbiq olunur. Lakin bu avadanlıqlardan daha da səmərəli istifadə etmək üçün gömrük əməkdaşlarının potensialının artırılması vacibdir, bu sahədə ÜGT və qabaqcıl təcrübəyə malik tərəfdaş ölkələrlə qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac var.

Sonra çıxış edən Rusiya Federal Gömrük Xidmətinin nümayəndəsi Valeri Şerbakov, ÜGT-nin əməkdaşı Daşqın Əliyev və ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermann Azərbaycan Gömrük Xidmətinin göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirib, tədbirin qarşılıqlı əməkdaşlığın və potensialın gücləndirilməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.

İclas oktyabrın 18-dək davam edəcək.

Tədbir müddətində əvvəlki iclasdan sonra görülmüş işlər, 2018-2019-cu illər üçün fəaliyyət planı, elektron ticarət, "bir pəncərə" və rəqəmsal gömrük sahəsində seminarların təşkili və digər məsələlər müzakirə olunacaq.

Tarix
2018.10.16 / 17:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla