Yuxarı

DTX-nın Feysbuk, Tvitter səhifələri və Yutub kanalı açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi Feysbuk, Tvitter səhifələri və Yutub kanalı fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir:

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi “Feysbuk”, “Tvitter” səhifələri və “Yutub” kanalı fəaliyyətə başlayıb. Yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür".

"Eyni zamanda diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır! Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi Feysbuk, Tvitter və Yutub hesablarına keçid işarə düymələrindən istifadə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar. Hörmətli istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!", - məlumatda vurğulanıb.

Tarix
2018.10.16 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla