Yuxarı

Zakir Həsənovdan əmr: Adyunkturaya qəbul başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında Təlimat”ın tələblərinə uyğun olaraq, oktyabrın 16-da Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul prosesi həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Silahlı Qüvvələrin hərbi akademiyasının adyunktura və elm şöbəsinin rəisi – professor, polkovnik Elşən Həşimov məruzə ilə çıxış edərək təlimata uyğun olaraq yaradılan qəbul komissiyasının adyunkturaya sənəd vermiş namizədlərin sənədlərini müvafiq qaydada yoxladığını və qəbul etdiyini bildirib. Diqqətə çatdırılıb ki, 2018-ci ilin iyununda keçirilmiş ilkin seçim və söhbətləşmədə komissiya üzvləri və elmi rəhbərlər iştirak edib. İlkin seçim mərhələsinin nəticələri Hərbi Akademiyanın elmi şurasına təqdim olunub. İmtahanlara hazırlıq məqsədilə Hərbi Akademiyada namizədlərlə dərslər və məsləhət saatları təşkil edilib və keçirilib.

İmtahan komissiyasının rəhbəri, müdafiə nazirinin şəxsi heyət üzrə müavini – şəxsi heyət baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyev imtahan komissiyası yanında yardımçı komissiyanın üzvləri ilə görüşərək imtahanların yüksək səviyyədə keçirilməsi, obyektivliyin və şəffaflığın təmin olunması barədə konkret tapşırıqlar verib.

Nazir müavini, həmçinin adyunkturaya qəbul olmaq istəyən namizədlərlə də görüşərək onlara imtahanda uğurlar arzulayıb, yaradılan elmi mühitdən yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, namizədlərin ixtisas hazırlığı, xarici dil və fəlsəfədən verəcəkləri imtahanlardan sonra ümumi nəticələrə əsasən adyunkturaya qəbul olanların adları məlum olacaq.

Tarix
2018.10.16 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla