Yuxarı

Uşaqları internet hücumundan necə qoruyaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki zamanda internetə azad girişin olduğunu, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə imkanlarını nəzərə alsaq, uşaqlarımızın zərərli informasiyadan qorunma imkanları da çox çətinləşir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, uşaqların zərərli informasiyadan qorunması bir çox inkişaf etmiş ölkələrin düşündüyü məsələdir, çünki bunu qadağalarla həll etmək mümkün olmur, qadağalar öz effektiv təsirini verə bilmir:

“İnternet elə bir böyük məkandır ki, burda xüsusi maraqları olan çoxsaylı qruplar fəaliyyət göstərir, xurafatçılıq, mövhumat, fanatizm, missionerliyi və digər zərərli halları təbliğ edirlər. Uşaqlarımızın sərbəst telefondan, kompüterlərdən istifadə edərək internetdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, ailələrimiz, valideynlər öz uşaqlarına nəzarət etməkdə çətinlik çəkirlər. Bu məsələnin həllinin kökündə maarifləndirmə dayanmalıdır, bu baxımdan bu qanun layihəsinin vacibliyini qeyd etmək istərdim”.

Q.Paçayeva bildirib ki, bu qanunun işləməsində bəzi qurumların, təşkilatların üzərinə xüsusi vəzifələr düşəcək:

“Təhsil vasitəsilə uşaqların internetdə, sosial mediada, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə xüsusi seminarlar, beynəlxalq konfranslar keçirilir və bu yaxınlarda mən özüm "Gənclər və sosial media, şəbəkələr" mövzusunda konfransda iştirak etmişəm. Düşünürəm ki, Təhsil Nazirliyi məktəblərdə uşaqlarımız arasında maarifləndirmə işində xüsusi fəal olmalıdır, zərərli informasiyadan qorunma mövzuları ilə bağlı məktəblərdə tədbirlər, müzakirələr, təbliğat olmalıdır”.

Millət vəkili daha sonra kütləvi informasiya vasitələrinə çağırış edib:

“Çünki zərərli informasiyadan qorunma ilə bağlı maarifləndirmə uşaqlarla yanaşı, internet resurslarından uşaqların zərərli informasiyalara məruz qala bilməsi ilə bağlı geniş məlumatı olmayan valideynlər arasında da aparılmalıdır. Bu qanunun işləməsi üçün cəmiyyətin birbaşa könüllü dəstəyi lazımdır. Dünya təcrübəsi göstərir ki, yalnız qadağalar, məhdudiyyətlər öz effektiv təsirini ciddi vermir, daha çox təhsil, savadlandırma, maarifləndirmənin aparılması ilə uşaqları zərərli informasiyadan qorumaq mümkündür”.

Tarix
2018.10.16 / 22:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla