Yuxarı

"Teleqraf"ın əməkdaşı birinci oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birgə “Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin açıqlanmasına həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərişıq ASC-nin Tədris Mərkəzində keçirilən tədbirdə KİV nümayəndələri əvvəlcə mərkəzlə tanış olublar.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Ramil Yusifov Azərişıq ASC-nin 2015-ci ildə yaradılarkən bir sıra avadanlıqların istismar müddətini başa vurduğunun aşkarlandığını bildirib. O qeyd edib ki, ötən illər ərzində 34 ədəd 110 kV-luq müasir tipli yarımstansiya tikilib və tam yenidən qurulub:

“Bundan əlavə 96 ədəd 35 KV-luq yeni yarımstansiya inşa olunub. Ümumi uzunluğu 125 min kilometr olan müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib və yenidən qurulub. Müqayisə üçün deyim ki, bu, ekvator xəttindən 3 dəfə böyük rəqəm deməkdir”.

R.Yusifov qeyd edib ki, elektrik enerjisinə görə yığım respublika üzrə 93, Bakı şəhəri üzrə 99 faizə qaldırılıb. O əlavə edib ki, Azərişıq ASC ASAN Xidmətin işinə inteqrasiya edilib:

ASAN Xidmət və ASAN Kommunal vasitəsilə təkcə 2018-ci ilin arxada qalan 9 ayı ərzində 13 xidmət üzrə 120 mindən artıq müraciət edilib ki, onlardan 15 mindən çoxu əhali, 2500-dən çoxu qeyri-əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı olub. Biz hazırda ASAN Xidmət və ASAN Kommunal vasitəsilə 14-cü xidməti göstərməyə hazırlaşırıq”.

Daha sonra görülmüş işlərə dair slayd nümayiş etdirilib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu, fondun Azərişıq ASC ilə birgə keçirdiyi artıq ikinci müsabiqədir:

“Yəqin ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində ölkədə elektrik enerjisinin verilişi ilə bağlı hansı problemlərin yaşandığı hər birinizin xatirindədir. Mən kənd Əhmədlidə yaşayıram. O qədər zəif elektrik enerjisi verilirdi ki, həmin enerjinin soyuducu və digər elektrik avadanlıqlarını işlətməyə gücü çatmırdı. Axırda biz - məhəllə camaatı, təxminən 25 nəfər yığışaraq məhəlləyə transformator alıb qoyduq. Yəni, biz bunları yaşamışıq. Bundan əlavə nəzarətçilər var idi, onlar işıq pulları yığırdılar. Ancaq görürdün ki, hərənin bir ayrı xətti var və bu xətt sayğacdan kənardır. Həyətlərə baxırdın ki, 1000 voltluq lampanı səhərədək yandırır. Yığılan pullar dövlətin büdcəsinə getmirdi. Bu gün isə artıq qeyd olunduğu kimi, respublika üzrə yığım 93, Bakı şəhəri üzrə 99 faizə çatıb. Bu gün respublikanın ən ucqar rayonlarında belə bu sahəyə diqqət ayrılır. Getdikcə bu sahə daha da yaxşılaşır. Dövlət tərəfindən energetika sahəsinə çox böyük investisiya qoyulub. Bizim bu müsabiqəni keçirməkdə də məqsədimiz görülən işlərə dair ictimaiyyəti məlumatlandırmaq və jurnalist əməyini stimulaşdırmaqdır”.

V.Səfərli daha sonra müsabiqədən bəhs edib. Qeyd edib ki, müsabiqəyə 25 KİV-dən 42 yazı daxil olub:

“Yazıları bir-birindən xəbərsiz 3 müstəqil ekspert qiymətəndirib. Müsabiqəyə bir-birindən maraqlı yazılar daxil olub. Mən qaliblərin hər birini təbrik edirəm”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı-Xəbər” qəzetinin Aydın Quliyev, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas ölkədə elektrik təsərrüfatının inkişafından, keçirilən müsabiqədən bəhs ediblər.

Daha sonra qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, Teleqraf.com saytının əməkdaşı Səxavət Həmidin yazısı müsabiqdə birinci yerə layiq görülüb.

Tarix
2018.10.17 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla