Yuxarı

AzerTelekom beynəlxalq sərgidə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom (Azər Telekom) cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində iştirak edib.

Axar.az xəbər verir ki, AzerTelecom şirkətinin Baş İcraçı Direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, şirkətin sərgidə iştirak məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub.

Sərgi zamanı Fuad Allahverdiyev şirkətin stendini ziyarət edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Rusiya Federasıyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Naziri Konstantin Noskov, Türkmənistan Respublikasının Nazirlər Kabinetinin sədrinin Nəqliyyat və Rabitə məsələləri üzrə müavini Mammetxan Çakiev və Rabitə Naziri Bayramgeldi Ovezov və digər qonaqlarla görüşərək AzerTelecom şirkəti, təqdim etdiyi xidmətlər və perspektiv layihələr barədə məlumat verib.

“Sərgi zamanı müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik. “Türkmentel 2018” sərgisində iştirak Orta Asiyada telekommunikasiya və yüksək texnologiyalar sahələrinin hansı istiqamətdə inkişaf etdiyini anlamaq, yeni tərəfdaşlıq əlaqələrini qurmaq və potensial layihələrin müzakirəsi baxımından faydalı oldu” - deyə baş icraçı direktor qeyd edib.

Sərgi çərçivəsində həmçinin Türkmənistanın müxtəlif telekanallarına və qəzetlərinə AzerTelecom şirkətinin xidmətləri və sərgidə iştirakı barədə ətraflı müsahibələr verilib.

Sayca 11-ci olan “Türkmentel 2018” sərgisində Sony, Huawei, Samsung, Nokia, Space Systems International Monaco, Türksat, Airbus, Iskratel, Thales, Lenovo, Rostelecom, Polar Power, Gospel kimi dünyaca tanınmış şirkətlər xidmətlərini və məhsullarını təqdim ediblər.

Qeyd edək ki, AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Tarix
2018.10.17 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla