Yuxarı

Məmurun atasının evini yaranlara hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluqda təqsirli bilinən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vurğun İbrahimov 8 il, Emin Şirinov 6 il 6 ay, Vurğun Həsənov 3 il, Yunus İsmayılov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsimi rayon ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli biliniblər.

Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb.

Xatırladaq ki, Aydın Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrolizinq ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır.

Seymur Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə Aqrolizinq ASC-yə sədr təyin edilib.

Tarix
2018.10.18 / 15:20
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla