Yuxarı

Biz dünyanın o xalqlarındanıq ki… - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada minlərlə xalq, millət yaşayır. Onlardan yalnz 200 ətrafında olanı öz dövlətini qura bilib. Çox şərəflidir ki, bunlardan biri də bizik.

Bu sözləri Axar.az-a millət vəkili Əli Məsimli Dövlət Müstəqilliyinin Bərpası Günü barədə fikirlərini bölüşərkən deyib.

Ə. Məsimli bildirib ki, 1991-ci il 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir:

“1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetin sessiyasında Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi sənəd - Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Dünyada minlərlə xalq, millət yaşayır. Onlardan yalnz 200 ətrafında olanı öz dövlətini qura bilib. Çox şərəflidir ki, bunardan biri də bizik”.

Millət vəkilinin sözlərinə görə, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik:

“Müstəqillik bizim çox böyük sərvətimizdir. Onu qazandıq. Müstəqilliyin taleyimizə nəsib etdiyi əsas amilləri - dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin mühafizəsi, hər bir vətəndaşın konstutision hüquq və azadlıqlarının reallaşdırılması və rifahı ilə tamamlanması üçün çalışaq, səy göstərək, bacardığımız töhfəni verək”.

Tarix
2018.10.18 / 16:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla