Yuxarı

Onlar bizə zəfərin yolunu göstərdi – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyi, İLESAM-ın birgə təşkilatçılığı ilə Dövlət Filarmoniyasında AXC-nin 100-cü ildönümünə həsr olunan “4-cü Qardaşlıq Mədəniyyəti” adlı ədəbi-bədii gecənin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, açılışda çıxış edən millət vəkili türk dünyasının birlik və bərabərliyinin daha da gücləndirilməsinin vacibliyindən danışıb.

Qarabağ problemi və türk dünyasının yaşadığı böyük acılardan, Azərbaycan və Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan millət vəkili yeni bir Çanaqqaladan keçildiyini bildirib:

“Çanaqqalada yüzlərlə Azərbaycan türkü şəhid oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bu bərabərliyimizi daha da gücləndirib yenə zəfər qazanacağıq”.

Q.Paşayeva tədbir çərçivəsində Türkiyə, İran və türk dünyasından gəlmiş şair, yazar, aydınlarla da görüşüb.

Görüşdə ortaq mədəniyyətin öyrənilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tarix
2018.10.18 / 17:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla