Yuxarı

Gömrükçülər Müstəqillik Gününü qeyd etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gün münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlayan tədbiri açan Tədris və innovasiyalar üzrə rəis müavini, professor Ramiz Hümbətov 18 oktyabr gününün Azərbaycan xalqının müstəqillik yolundakı tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, bu əlamətdar günlə bağlı tarixə ekskurs edərək müasir, inkişaf etmiş və güclü Azərbaycanın məhz xalqımızın milli-azadlıq hərəkatı, müstəqillik uğrunda mübarizəsinin nəticəsində əldə olunduğunu qeyd edib.

Ramiz Hümbətov 70 il ərzində sovetlərin tərkibində qalmağa məcbur olmuş Azərbaycanın, nəhayət, XX əsrin 90-cı illərində yenidən milli-azadlıq ideyaları uğrunda mübarizəyə qalxdığını bildirib, 1991-ci il oktyabrın 18-nin Azərbaycan xalqının həyatında böyük bir dönüş yaratdığını vurğulayıb, həmin dövrdə ölkəmizin çətin iqtisadi-sosial duruma düşdüyünü və ermənilərin əsassız iddiaları nəticəsində xalqımızın müharibə və işğalla üz-üzə qaldığını deyərək, məhz 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıtdıqdan və atəşkəsə nail olduqdan sonra ölkədə iqtisadi inkişafın əsasının qoyulduğunu və 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlandığını xatırladıb. Ulu öndər tərəfindən bugünkü iqtisadiyyatın əsas mexanizmlərinin yaradıldığını, bütün sahələrdə islahatlar aparıldığını diqqətə çatdırıb. Xarici investorları ölkəyə dəvət edib iqtisadiyyatın dirçəlişinə nail olunduğuna diqqət çəkib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirdiyini, onun məqsədyönlü xarici və daxili siyasəti nəticəsində Azərbaycanın dünya iqtisadi məkanında layiqli yer tutaraq müstəqil xarici siyasət yeritdiyini, 15 il ərzində ölkə iqtisadiyyatının bütün sahələrində möhtəşəm layihələrin həyata keçirildiyini vurğulayıb.

Tədbirin sonunda dövlət müstəqilliyi gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Tarix
2018.10.18 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla