Yuxarı

Gəmidə ölənlərin ailələrinə kompensasiya veriləcək – Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:13

Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.

DSX-dən Axar.az-a verilən məlumata görə, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq, 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə, Abşeron limanı istiqamətində hərəkət edb. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Teleqraf.com-a açıqlamasında zəhərlənən heyət üzvlərindən 3-nün dünyasını dəyişdiyini bildirib.

Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb və yolda vəfat ediblər: “Ölənlərin üçü də İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir.

Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. Çünki o, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.

İran İslam Respublikasının Bakıdakı səfirliyi “Nazmehr” quru yük gəmisində zəhərlənən heyət üzvlərinin adlarını təqdim edib.

Bildirilib ki, gəmi kapitanı Ukrayna vətəndaşı olub və vəziyyəti yaxşıdır. Ümumilikdə zəhərlənən 12 heyət üzvündən 8-nin adları belədir:

1989-cu il təvəllüdlü Hameddin Qulipur Heybəti

1991-ci il təvəllüdlü Əhməd Məsud Məhəmmədrza

1985-ci il təvəllüdlü İbrahim Zabil İxtiyar

1987-ci il təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli

1991-ci il təvəllüdlü Təvəkkülü Purya Qulamirza

1982-ci il təvəllüdlü Məhəmmədzaman Salmanxaleqi

1985-ci il təvəllüdlü Vahid Mirzayi

1985-ci il təvəllüdlü Seyid Məhəmmədi Məhəmməd

Ölən 3 nəfərin adı isə belədir:

Əkbəri Məhsumi Kərimoğlu

Seyidmurtuza Nozən Mirhüseyn oğlu

Səccad Səyyad Müslim Fəridun oğlu.

Səfirlikdən bildirilib ki, zəhərlənməyə gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə səbəb olub.

***

Zəhərlənmə baş verən gəmi Qazaxıstandan Azərbaycana yük daşımaqla məşğul olub.

Axar.az xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bildirib.

"Gəmi heyəti Qazaxıstan sərhədində zəhərlənib. Özlərini dərhal Azərbaycan sahilinə çatdırıblar. Xoşbəxtlikdən Azərbaycanın Sahil Mühafizə Qüvvələri onların köməyinə çatır və onları xəstəxanaya gətirir.

Hadisə nəticəsində 3 İran vətəndaşı dünyasını dəyişib. Səfirlik və konsulluq nümayəndələri xəstələrə baş çəkib, vəziyyətləri normallaşıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Səfirlik bununla yanaşı, həmin gəminin işlədiyi şirkətlərlə də hadisə barədə danışıqlar aparır. Hadisə nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə kompensasiyalar veriləcək “ – səfir qeyd edib.

O bildirib ki, dünyasını dəyişənlərin cənazələri hələlik İrana təhvil verilməyib.

Tarix
2018.10.19 / 13:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla