Yuxarı

Sürüşmə zonasında son durum: süxurlar yola doğru hərəkət edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:19

Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Axar.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət stabilləşməyə doğru gedir.

***

Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.

Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

***

Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

***

Badamdar sürüşmə zonasında sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Aparılan monitorinqlərin nəticəsinə görə, ərazidə nisbi stabillik qalmaqdadır:

"Sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Ərazidə nisbi stabillik qalmaqdadır".

Bundan əvvəl verilən məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb.

Tarix
2018.10.19 / 21:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla