Yuxarı

Oktyabr gözləntisi: hava necə keçir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında müşahidə edilən hava bu ay üçün tam olaraq xarakteristikdir. Temperatur daxil olmaqla, yağıntının miqdarı da norma daxilindədir.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova oktyabrda müşahidə edilən hava ilə əlaqədar danişarkən bildirib.

Onun sözlərinə görə, oktyabr ayı adətən yağıntılı olur:

“Əvvəlcədən proqnozlaşdırılmışdı ki, oktyabrda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Eynən bu şəkildə də hava müşahidə edilir.

Oktyabr ayı adətən yağıntılı olur və bu da aya xas xüsusiyyətdir. Ay başlayandan fasiləsiz yağıntı qeydə alınmayıb. Bir neçə günlük davam edən yağıntı olub ki, bu da normaldır”.

G.Məmmədovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18° isti olacağı proqnozlaşdırılmışdı:

“Hərarətin gecələr 12-17°, gündüzlər 19-24° isti, bəzi günlərdə isə 26-29° isti olacağı haqda məlumat verilmişdi. Özünüz də görürsünüz ki, əvvəldən bildirilən temperaturla müşahidə olunan temperatur arasında kəskin fərq yoxdur.

Xüsusilə Bakı və Abşeron yarımadasında aylıq yağıntının miqdarı isə iqlim normasına yaxındır”.

Tarix
2018.10.19 / 12:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla