Yuxarı

Cibgir gileyləndi: İndi dar geyinirlər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş cibgirin bu etirafı indiki reallığı əks etdirsə də, hələ də barmaqları ilə dolanan şəxslər var. Daha çox ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə gözə dəyən bu dırnaqarası peşənin sahibləri bəzən sıravi vətəndaşdan heç də fərqlənmirlər.

Axar.az xəbər verir ki, ARB TV bu barədə maraqlı süjet hazırlayıb.

Sabiq polis rəisi Şəmsəddin Əliyev də açıqlamasında cibgirlərin sadə vətəndaşlardan fərqlənmədiklərini bildirib:

“Bəzən o qədər səliqəli geyinirlər ki, adi insanlardan heç seçilmirlər. Yanında olan adam heç şübhələnmir. Həm də onlar bir yox, bir neçə nəfər olurlar. Bəzən də avtobus sürücüləri onları tanıyır. İşlərini görən kimi tez avtobusdan düşməyə çalışırlar”.

İnsanların fikir dağınıqlığından istifadə edən cibgirlər daha çox əl çantaları və geyimlərin cibinə əl uzadır. Peşəkar cibgirlər istədikləri qəniməti elə ələ keçirir ki, sahibinin heç ruhu incimir.

Ekspert Elmar Nurəliyev də onlardan qorunmaq üçün vətəndaşlara tövsiyyələrini verib:

“Vətəndaşlar öz əşyalarını, çantalarını və digər aksesuarları görünən vəziyyətdə saxlamamalıdırlar. Əşyaları özünüzə yaxın və möhkəm tutmaq lazımdır. Cibgir sizin üzərinizdən nəyisə oğurladısa, həmin dəqiqə reaksiya vermək də olmaz. Çünki onların üzərində kəsici, deşici alətlər ola bilər və sizə zərər yetirə bilərlər”.

Daşıyıcı şirkətilərdən birinin rəsmisi Kamran İsgəndərli soyğunçuluq faktı ilə bağlı onlara müraciətlərin olunduğunu bildirib: “Bizə müraciət olunduqda, biz həmin vətəndaşı polis orqanına yönləndiririk. Polisdən daxil olan məlumatdan sonra biz həmin görüntüləri təqdim edirik”.

Son illər cibgirlik cinayətlərinin sayında xeyli azalma var. Şəhərin küçələrində, ictimai yerlərdə kamera müşahidə aparatlarının quraşdırılması cibgirlərin baş ağrısına çevrilib.

Tarix
2018.10.19 / 15:13
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla