Yuxarı

MTN-in vəzifəli şəxsləri vaxtından əvvəl azadlığa buraxılıb? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumat verildiyi kimi, qeyd edilən qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə həmin Nazirliyin sabiq vəzifəli şəxsləri Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyev müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Həmin hökmlə az ağır cinayət törətmələri, istintaqla yaxından əməkdaşlıq etmələri və cəzalarını yüngülləşdirən digər hallar müəyyən olunaraq təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli 17 oktyabr 2015-ci il tarixdən olan Eşqin Əliyev, eləcə də cəzasının əvvəli 18 oktyabr 2015-ci il tarixdən olan Anar Şirəliyev cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunublar.

Hökmdən müdafiə tərəfinin və zərərçəkmiş şəxslərin verdikləri apelyasiya şikayətlərinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Tarix
2018.10.20 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla